Cəmiyyət

Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı

7 Noyabr 2021 17:07
3 Şərh     Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən müxtəlif zorakılıqlara məruz qalan 255 nəfər müraciət edib.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Dövlət Komitəsinin 860 qaynar xəttinə isə 369 müraciət olub: "Bunlardan yalnız 81-i kişi olub, qalanı qadınlardır. Xüsusən 18-35 yaşlı qadınlar daha çox iqtisadi və psixoloji təzyiqə məruz qaldıqlarını bildiriblər".

B. Muradova qeyd edib ki, problemlə üzləşəndə ən müxtəlif dövlət orqanlarına, məhkəmələrə müraciət edən insanlar ailələrində problemlər olanda da müvafiq qurumlara müraciət edə bilərlər:

"Burada qəbahət heç nə yoxdur. İnsanların əksəriyyəti düşünür ki, ailələrində baş verən bu və ya digər hadisə ilə bağlı müvafiq qurumlara müraciət etmək olmaz. Ancaq müvafiq dövlət qurumları məhz insanların problemlərini həll etmək üçün yaranmış orqanlardır. Məsələn, Dövlət Komitəsinin rayonlarda mərkəzləri var və həmin mərkəzlər bu məsələlərlə məşğul olurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.