Akademik Musiqili Teatr Zəfər Gününü hərbi hissədə qeyd etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.
"Ordum varsa, yurdum var" adlı tədbir Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. 44 günlük Zəfər tariximizin ən şanlı səhifəsi - Qələbəmizdən söhbət açılıb.
Daha sonra Akademik Musiqili Teatrın repertuarından dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarından parçaları teatrın aktyorları Əməkdar artist Ələkbər Əliyev, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov ifa ediblər.
Tədbirdə gənc rejissor Elməddin Dadaşovun quruluşunda müxtəlif səhnəciklər, aktyor Əjdər Dadaşovun səhnələşdirdiyi komik miniatürlər də aktyorların təqdimatında maraqla qarşılanıb.
Bayram əhval-ruhiyyəli bu görüşdə balet artistləri Aynurə Əsgərova, Kamran Həsənov, eləcə də digər iştirakçıların nümayiş etdirdikləri şən rəqslər görüş iştirakçılarına xoş ovqat bəxş edib.
Teatrın solisti Şaban Cəfərov, xor artisti Vüsal İsrafilov və teatrın ən gənc aktyoru Rahib Məmmədzadənin ifaları da alqışlarla qarşılanıb.
Görüşün sonunda hərbi hissənin rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevə və teatrın kollektivinə hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və mənəvi - psixoloji vəziyyətinin yüksəldilməsində daim yaxından iştirak etdiklərinə görə şəxsi heyətin minnətdarlığını bildirib və iştirakçılara təşəkkürnamə təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vətən müharibəsi iştirakçısına polkovnik rütbəsi verildi
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Meteohəssas insanların nəzərinə
XƏBƏR LENTİ
-
Frenki de Yonq zədələnib: Minimum 1 ay olmayacaq
-
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
-
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
-
"Səbail" klubunun rəhbəri: "53 min manat ödəmişik, formalarımızı vermirlər"
-
Komaya düşən Vaqif Şıxəliyevin həyat yoldaşı danışdı - Yenilənib
-
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
-
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb
-
Bakıda binanın tavanı çökdü: Ailə faciədən son anda xilas oldu - (Video)
-
Azərbaycanın iki qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb - (Foto)
-
Xırdalanda maşın aptekə çırpıldı - (Video)
-
Vətən müharibəsi iştirakçısına polkovnik rütbəsi verildi
-
Qurban Qurbanovdan Elvin haqda açıqlama
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)





