"VAZ 2107" markalı avtomobili idarə edən sürücü "KamAZ" markalı yük maşınına çırpıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu ağır xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az