Goranboyda sərxoş sürücü qəza törədərək xəsarət alıb

6 Noyabr 2021 22:06

"VAZ 2107" markalı avtomobili idarə edən sürücü "KamAZ" markalı yük maşınına çırpıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu ağır xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az