- Ölkə prezidentinə "Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun"a əlavə və dəyişikliklər edilməsi ilə bağlı müraciət etmisiniz. Bu müraciətə baxıldımı?
- Həmin müraciətə baxılıb. Bunun üzərində iş gedir, yəqin ki, parlamentə təqdim olunacaq. Vəkillik haqqında qanun ölkə başçısı tərəfindən parlamentə təqdim edilib. Buna görə də edilmiş dəyişikliklər də ölkə başçısı tərəfindən parlamentə təqdim olunmalıdır. Bizim təkliflərə necə və hansı səviyyədə baxılacağı, təmin edilib-edilməyəcəyini gələcək göstərəcək. Dəyişikliklər vəkilliyin fəaliyyətini tənzim edən maddələrin daha da təkmilləşdirilməsi ilə bağlıdır.
- Vəkillər Kollegiyasının ümumi iclası sonuncu dəfə 5 il öncə keçirilib. Növbəti yığıncağın vaxtı çatmayıb?
- Ümumi iclas qanunvericiliyə dəyişikliklər ediləndən sonra keçiriləcək. Biz bununla bağlı işlər aparırıq.
- Hazırda Azərbaycanda 778 vəkil var. Bu sayda artım gözlənilirmi?
- Vəkillərin sayının artırılması ilə bağlı hər il olduğu kimi, bu il də imtahan keçirilməsi nəzərdə tutulub. Yəqin ki, sənəd qəbulu ilə bağlı elan veriləcək. Artıq qəbulla bağlı qanuna dəyişiklik edilib. Əvvəllər yalnız test və şifahi müsahibə müəyyən edilmişdi, ancaq indi namizədlər Ədliyyə Akademiyasında da müvafiq kurslar keçəcək. Bundan sonra qəbul məsələsinə baxılacaq. İmtahana istənilən sayda vəkilliyə namizəd buraxılacaq, buna məhdudiyyət qoyulmayacaq. Ötən il 507 nəfər sənəd vermişdi, onların hamısı imtahana buraxıldı. Azərbaycan qanunvericiliyində vəkillərin sayının artırılması ilə bağlı heç bir məhdudiyyət yoxdur. İstənilən sayda şəxs sənəd verərək qanunla müvafiq qaydada qəbul oluna bilər.
- Azərbaycanda hər 12 min nəfərə 1 vəkil düşür. Dünya ölkələri ilə müqayisədə bizdə vəkillərin sayı az deyilmi?
- Kim deyir ki, azdır? Azərbaycanda vəkil üçün növbəyə duran varmı? Hazırda Bakıda vəkillərin yarıdan çoxu işsizdir. Ancaq bu o demək deyil ki, vəkillərin sayı artırılmamalıdır. Burada başqa problemli məsələ var. Vəkillər ancaq məhkəmədə və istintaq orqanında işə çıxmaqla işlərini bitmiş hesab etməməlidirlər. Vəkillər xalq təsərrüfatında və digər sahələrdə də fəaliyyət göstərməlidir. Ancaq biz vəkil deyəndə məhkəmədə işə çıxanları nəzərdə tuturuq. Onda belə çıxır ki, cinayətkarların sayı azaldıqda vəkillik institutu olmamalıdır? Bütün sahələrdə vəkillər fəaliyyət göstərməlidir.
Dünya ölkələrində də vəkillərin sayı çoxdur və onlar təkcə məhkəmələrdə işləmirlər ki... Onlar digər hüquq sahələrində çalışırlar.
- Gənclərdə vəkillik peşəsinə həvəs necədir? Ümumiyyətlə, vəkillərin səviyyəsi Sizi qane edirmi?
- Son vaxtlar Az-ərbaycanda vəkillik peşəsinə həvəs artıb. Əvvəllər belə artım yox idi. Ötən il 507 nəfər ərizə vermişdi. Bizi qane edən məsələlərdən biri də o idi ki, həmin şəxslərin çoxu cavanlar idi. Sadəcə olaraq, vəkil yox, təhsil problemi var. Onların hazırlıq səviyyələri aşağıdır. Problem bundadır ki, onlar heç birinci test imtahanından keçə bilmirlər. Bu isə bizim yox, təhsilin problemidir.
- Dövlətin dəvəti ilə vətəndaşın hüququnu müdafiə edən vəkilin bir saatlıq işinin qiyməti normal qiymətləndirilə bilərmi?
- Hazırda vəkilin bir saatlıq işinin qiyməti 99 qəpikdir. Bir ayda vəkil həmin hesabla işə çıxsa, onun əməkhaqqı 240 manata yaxın edir. Təbii ki, bu, bizi də qane etmir. Dəfələrlə bununla bağlı baş nazirə müraciət etmişəm. Yəqin ki, qısa müddətdə dəyişiklik olacaq.
- Vəkillər Kollegiyası haqqında müəyyən mənfi fikirlər var. Kollegiyanın vəkilliyin inkişafında bürokratik maneələr yaratdığı bildirilir. Bu fikirlərlə razılaşırsınızmı?
- Bu gün Azərbaycanda özünü vəkil kimi təqdim edən yüzlərlə hüquqşünas var. Vəkillik üçün sənəd verən 507 nəfərdən cəmi 69 nəfəri imtahandan keçib. Təsəvvür edin ki, 400-dən çox şəxs imtahandan keçməyib. Həmin şəxslər özlərini bu dəqiqə vəkil kimi təqdim edir, notariat kontorlarında etibarnamə alıb, vəkil kimi çıxış edirlər. Onlar Vəkillər Kollegiyası haqqında müəyyən mənfi informasiya mühiti yarada bilərlər.
- Azərbaycanda vəkillərin hakimlərlə vətəndaşlar arasında vasitəçilik etməsi barədə səsləndirilən fikirlərə necə baxırsınız?
- Belə fikirlər səsləndirənlərə deyin ki, əgər onlarda bu haqda məlumat varsa, səlahiyyətli orqanlara müraciət etsinlər. Azərbaycanda başqa sahələrin adamları da qeyri-qanuni, qeyri-prosessual fəaliyyətlə məşğul ola bilər. Əgər kimdəsə belə hallar barədə faktlar varsa, bunu şayiə olaraq ortaya atmasın, bu barədə rəsmən məlumat versin. Təbii ki, bizdə belə bir məlumat olsa, hüquqi müstəvidə yanaşarıq. Bizə də deyirlər ki, vəkil müqavilədən kənar artıq pul alıb, ancaq bunu sübut etmək lazımdır, buna hüquqi qiymət vermək isə bizim səlahiyyətimiz deyil. Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir. Bu sözlər müəllimlər, həkimlər və jurnalistlər haqqında da deyilə bilər. Kollegiya üzvlərinin müqavilədən kənar pul alması faktları olur. Ancaq bunu sübut etmək lazımdır. Əgər vəkil bunu inkar edirsə, onun müqavilədən kənar qonorar alması sübut olunmalıdır. Bu faktlarla bağlı aidiyyatı orqanlara, prokurorluğa müraciət edilir, amma bu faktların heç biri öz təsdiqini tapmır.
- Vəkillərin səviyyəsinin artırılması istiqamətində hansı işlər görülür?
- Bu sahədə işlər aparılır, seminar-məşğələlər keçirilir. Yeni dəyişikliklərə görə isə, onların hər biri Ədliyyə Akademiyasında kurslar keçəcək. Bundan bashqa, özümüz tərəfindən praktiki-elmi konfranslar, hüquq məsləhətxanalarında yeni qanunvericiliklə bağlı seminarlar təşkil olunur.
- Azərbaycanın regionlarında vəkil problemi həll olunubmu?
- Rayonlarda vəkillik problemi qalır. Bu, bizdən asılı məsələ deyil. Heç kimi zorla rayona göndərmək mümkün deyil. Axı vəkillər əmək haqqı almır. Bakıdan rayona müstəntiq göndərmək olur, amma vəkil yox. Ona görə də bəzi rayonlarda problemlər var.
- Vəkillər Kollegiyası beynəlxalq təşkilatlarla, vəkillik qurumları ilə əməkdaşlıq edirmi?
- Avropa Şurasının xətti ilə beynəlxalq təşkilatlarla, eləcə də ayrı-ayrı dövlətlərlə öz imkanlarımız hesabına əməkdaşlıq edirik. Məsələn, vəkillərimiz ötən il Avropa Şurası ilə bağlı İstanbulda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Bu əməkdaşlıqda maraqlıyıq. Ancaq maliyyə problemi var. Vəkillər Kollegiyası dövlət tərəfindən maliyyələşdirilmir. Beynəlxalq tədbirlərdə iştirak etmək isə maliyyə vəsaiti tələb edir. Bəzən belə çətinliklərimiz olur.
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azər Tağıyev: “Bakıda vəkillərin yarıdan çoxu işsizdir”
12 Fevral 2010 09:59
Baxış: 5 544

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Ən güclü olan – sükutla dəyişəndi
-
21 ölkədə tərcüməçi işləyib - indi yollarda corab SATIR - VİDEO
-
“Ramiz Mehdiyev heç mənə salam vermirdi”
-
Sertifikasiya imtahanının müsahibə mərhələsinin nəticələri AÇIQLANDI
-
“Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldıldı
-
İlham Haqverdiyev onlardan rüşvət alıb - FOTO
XƏBƏR LENTİ
-
Bu əlamətlər sizdə varsa, həkimə müraciət edin
-
Bir qaşıq içmək 10 il öskürəkdən qoruyur – Təbii resept
-
Ronaldunun oğlu ilk dəfə U-16 yığmasında
-
1 qaşıq içən 10 il öskürmür- Nənə resepti ilə təbii öskürək şərbəti
-
Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - VİDEO
-
Bakının bu ərazisində yeni yol salınır
-
Bacı-qardaşım var, amma yanıma gələn yoxdur - həbsdə olan model - VİDEO
-
"Bir təsəllim o, idi ki, İlkin qayıdacaq"
-
Bakıda tələbə söyüş üstündə adam öldürdü - FOTO
-
Günün qoroskopu: Ən güclü olan – sükutla dəyişəndi
-
"Kişi gəlib namaz qılmağa, damda güdüb, vurub”
-
Rəsul Quliyev Azərbaycana qayıdır?
-
Ermənistanda etirazlar - Gürcüstanla sərhədi bağladılar
-
Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir - VİDEO
-
“Kurtlar Vadisi”nin “Ermiş”i evləndi – FOTO
-
Kişilər mütləq bu 5 qidadan yeməlidir, yoxsa... - Uroloqdan açıqlama
-
Zelenskinin "Instagram" paylaşımı ölkə gündəmini qarışdırdı - OnlyFans modelini... - FOTO
-
Azərbaycan nümayəndə heyəti Avropa İttifaqının yüksək səviyyəli toplantısında iştirak edib - FOTO
-
Dabaq xəstəliyi alıcıları qorxuya saldı - bazarda vəziyyət ürəkaçan deyil - VİDEO
-
"Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB
-
Enerji içkilərində həqiqətən vitamin var? - Həkim sirri açdı
-
“Üstünlük bəlkə də rəqib tərəfdədir” - Qurban Qurbanov
-
Hazırlığa apardığı məktəbliyə etdiyi hərəkətlərə görə taksi sürücüsü həbs edildi
-
Ermənilərin azərbaycanlıları qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub - FOTO