Cəmiyyət

10 şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

29 Oktyabr 2021 17:24
0 Şərh     Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 Günlük Vətən müharibəsində canından keçən, torpaqlarımızın azadlığı uğrunda gözlərini qırpmadan döyüşlərə atılaraq şəhid olan vətən oğulları arasında Gədəbəyin Miskinli kəndindən olan igidlər də var.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda düşünmədən döyüşlərə atılan qəhrəmanlar arasında Tağıyev Şamət, Pirverdiyev Söhrab, Sadıqov Kamil, Müzəffərli Kənan, Mustafayev Elvin, Əliyev Elsevər, Əliyev Bəybala, Məmmədov Əkbər, Fərzəliyev Aydın, Bayramov Elçin də vardı.

Bu igidlər qanının son damlasına qədər vuruşaraq müqəddəs torpaqlarda şəhid adını qazanıblar.

Qəhrəmanlarımızın xaritəsini əbədiləşdirmək məqsədilə vaxtilə yaşadıqları Miskinli kəndində Vətən Müharibəsi qəhrəmanlarının adına ucaldılmış xatirə kompleksi inşa edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın 44 günlük zəfər müharibəsində canından keçən qəhrəman oğulların şücaətindən danışıblar:

Kənd sakinlərinin, Gədəbəy rayon şəhidlərinin ailələrinin, Gədəbəy rayon rəhbərliyinin, Vətən müharibəsi qazilərinin, veteranlarının, media nümayəndələrinin və ziyalıların iştirak etdiyi tədbir məktəblilərin şeirləri və bədii kompozisiyalarla davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.