Cəmiyyət

Elşad Miri seyidləri iblislə müqayisə etmişdi - Qalmaqal

28 Oktyabr 2021 10:44
26 Şərh     Baxış: 4 812

Dini Qurumlarla iş üzrə Dövlət Komisətsinin sədr müavini Gündüz İsmayılov sosial şəbəkədə yazdığı statusda dinşünas Elşad Mirinin "Islamda yoxdur" kitabinin idxalına izacə verilmədiyini bildirib.

Milli.Az xəbər verir ki, qurumun rəsmisi səbəb kimi kitabda Elşad Mirinin seyidləri Iblislə müqayisə etməsi olduğunu yazıb. "Mən qanun və vicdanim qarşisinda rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insani Iblislə müqayisə etmək həm qanun, həm də etik baximdan qəbuledilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqli sayib. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri Iblislə müqayisə edib, artiq buna deyəcək bir sözüm yoxdur. Uzaq başı Hüseyn Cavidin "Iblis"ini tərcümə etdirib onlara göndərə bilərəm.

Elşad Mirinin iddialarina ciddi, amma etiraf edim ki, onun səmimi olmadiği vaxtlarda bəzən yarizarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdir. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam.

Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşi danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidirlər", deyə Gündüz İsmayılov yazıb.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

26 Şərh:

  • Anonim
    Gördün seyid · 28 Oktyabr 11:0347

    Yoldan qeyit

    Cavab yaz
  • Anonim
    Senturion · 28 Oktyabr 11:091110

    Seyidlərin cəddi Elşad Miriyə qənim olsun qənim

    Cavab yaz
    • Anonim
      Ayaz · 28 Oktyabr 13:1364

      Amin. Amin. Amin.......

      Cavab yaz
  • Anonim
    Məryəm · 28 Oktyabr 11:3039

    Elşad miri çox gözəl çox savadlı şəxsiyyətdir belə oğullarımızın sayı çox olsun

    Cavab yaz
  • Anonim
    Məryəm · 28 Oktyabr 11:3329

    Haqqın tərəfində olan və hər zaman düzünü deyən Elşad Miriyə Eşq olsun

    Cavab yaz
  • Anonim
    asi · 28 Oktyabr 11:43411

    Azərbaycanda yalnız bir qanun var, o da Konstutusiyadı..Orada isə, seyidlərin iblisə və ya başqa nəyəsə bənzədilməsini qadağan edən heç bir bənd, maddə filan yoxdu..Ümumiyyətlə iblislə müqaisə və bənzədilmə heç bir halda qanundan kənar deyil, çünki, orada təhqir elementi yoxdu..İblis, Şeytan və sair dinin mənfi otributlarımdan biridir və ona bənzədilməni gətirib qanun səviyyəsinə qaldırmaq özü savadsızlığın əlamətidi.. Peyğəmbər nəslinin bu günədək dvm etməsi hardan baxsan absurtdu..Bizdə nəvə, nəticə, kötücə, nəbibə, nədidə bir nəslin dvm etmə ardıcıllığıdı..6-cı yadıcada artıq genetik cəhətdən kötüktəki kişi ilə bağlar yadlaşır, 7-ci tullancı ilə isə, əlaqələr tamam itir demək olarki..Yeni nəsil formalaşır..El arasında işlənən “ 7 arxa dönən” ifadəsi də onu göstərir ki, 7-ci şəxsdən sonra köklə əlaqə itir..Niyə 15 arxa dönən deyilmir, məhz 7 deyilir??..İndi 1390 il bundan əvvəl ölmüş peyğəmbırin bu gün nəsli sayılan insanlar haradan peyda olur belə??

    Cavab yaz
    • Anonim
      Alimardan · 28 Oktyabr 17:1364

      Bu "gözəl" analizə görə Azərbaycan xalqı özunə türk deyə bilməz. Çünki bütün türkdilli xalqlar kimi bizim türklərə bagliligimiz seyidlərin peyğəmbərə bağlılığına ancag kiçik bərabər ola bilər

      Cavab yaz
      • Anonim
        asi · 28 Oktyabr 18:1416

        Əlaqəsi belə yoxdu..Amma seyidlər zatən türk ola bilməz,əgər peyğəmbər nəsli hesab edilirsə..Milli kimlik ayrı, nəsil kimliyi ayrı..Niyə seyidlər Azərbaycanda bəzi zonalarda var, bəzilərində isə yox??..Bizim zonada seyid anlayışı olmayıb, biz seyidlərin mövcudluğunu müharibədən sonra bilmişik..

        Cavab yaz
        • Anonim
          Samire · 28 Oktyabr 21:2203

          Menim ulu babamın əsil Türk siması olubdur. Ğözləri qıyıq. Şəkili var bizdə. Özü də ulu babalarımın hər ikisi esil Türkçü olublar. danışıqlarında da Osmanlı Türkcəsindən çox istifade edərdilər. Ümumilliyətlə bizim ailəmiz, eslimiz hamısı Türkcüdur.

          Cavab yaz
          • Anonim
            asi · 29 Oktyabr 08:2010

            Lap yaxşı..Onda ulu babanız elə türk olub, çünki, seyidlər ərəb nəslindən gəlir)..Türklərdə seyid peyğəmbərin nəslindən gələn insankara yox, tayfa, nəsil, el-oba başçılarına deyilib..Yəqin ki, babanız da Azərbaycandakı çox seyid kimi, bu mənada seyid olub, amma yəqin ki, sonradan səhv salınıb, o biri seyidlə..Dini versiyada seyid imam Hüseynin nəslindən gələnlərə deyilir, heç Hüseynin qardaşı Həsənin nəslindən gələnlər seyid adlanmır, onların başqa adı var idi, unutmuşam..Hüseynin də səhv etmirəmsə, 3 oğlu, iki qızı olub və oğlanlarından neçəsisə Kufayə gedərkən döyüşdə Hüseynlə birlikdə öldürülmüşdü..İndi Hüseynin sağ qalan bir və ya iki(?) oğlu olubsa, onlardan nə qədər nəsil törəyə bilərdi ki, elə təkcə Azərbaycanda bu qədər seyid var??Siz bunu məntiqinizə sığışdıra bilərsiniz? Mənim yaşadığım kiçik kənddə 3 seyid nəsli var idi, kəndin yarısı o nəsillərin seyidləri idi)..Sizcə bu absurt deyilmi??..

            Cavab yaz
  • Anonim
    asi · 28 Oktyabr 11:4948

    Özdə peyğəmbərin oğul övladı olmadığı üçün nəsli kişi xətti ilə dvm etməyib..Qızlarından birinin Əliyə ərə getməsi və ondan Həsən və Hüseynin dünyaya gəlməsi də burbaşa peyğəmbər nəslinin təmiz dvm etməsi deyil..Əlinin ki, anası var idi və Əli həm də anasının genetik daşıyıcısı idi..Seyidləri qaldırıb tanrı çatına qoymayın..Onlar da hamı kimi adi insanlardı..Onlar da iblis də ola bilər, şeytan da, mələk də..Qanuna zidd deyil yəni..

    Cavab yaz
  • Anonim
    FİZULİ ŞİRVANLI · 28 Oktyabr 14:2891

    Bunun kimi alçaqı yoxdu, 3000 ŞƏHİDİMİZİN hansını tədbirində iştirak etdi ay .....

    Cavab yaz
  • Anonim
    Samire · 28 Oktyabr 16:5853

    Mənim anam da seyiddir. Anamın babası lap ağır seyid olubdur. Vergili olub. Əli şəfalı olub. Sadece o vaxtları seyidlər sovet vaxtında bildirmirdilər seyid olduqlarını. Elşad Miriyə gəldikdə isə, onun özü müəyyən qüvvələrə xidmət edən adamdır.

    Cavab yaz
  • Anonim
    Zeynəb · 28 Oktyabr 17:0553

    Seyyidlərin cəddi İnŞəAllah Elşada qənim olar və elsadkimilərə

    Cavab yaz
    • Anonim
      Yadigar · 28 Oktyabr 19:2933

      Elşad bəy bilki peyğəmbər və onun əhli-beytinə kim ki leyaqetsizlik edib onun aqibəti yaxşı olmayıb unutma ki uca Allah sənə hələ boy verir

      Cavab yaz
  • Anonim
    Dindar · 28 Oktyabr 19:5134

    A camaat. Bu seyidin, mollanin basini buraxin. Siz menim bir sualima cavab verin. Quranin 87-ci suresinin 19-cu ayesinde yazilib. "Ibrahimin kitabinda." Ibrahimin kitabi hansidir? Musaninki- Tovrat, Isaninki-Incil, p. Mehemmedinki- Quran. Bes Ibrahimin kitabi hansidir? Kstati. Mende siz deyen seyid neslindenem. Pecatimiz, mohurumuz, kagizimizdsa var. Boyuk is olub.

    Cavab yaz
    • Anonim
      Dinsiz · 29 Oktyabr 12:3012

      İbrahimin kitabı, məncə Zəbur.

      Cavab yaz
  • Anonim
    Dindar · 28 Oktyabr 19:5834

    Mehemmed p. Mekkeye Boyuk Hecce gelende, ona ehtiram gorsedib, qarsilayanlara seyidler deyibler.

    Cavab yaz
  • Anonim
    Dindar · 28 Oktyabr 20:0534

    Tebiiki Mehemmed p.-i qarsilayanlar icerisinde, onun Mekkeli qohumlari cox olublar. Bir maraqli tarixi faktda var. Niye, Mehemmed peygemberin uzu bagli olub??? O uzunu kimlerden gizledirmid ki, onu tanimasinlar???

    Cavab yaz
  • Anonim
    davud · 28 Oktyabr 21:0104

    allah elsad mellimden razi olsun yeter

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 28 Oktyabr 21:3920

    Yazmaq istəmədim...baxıram...az çox bilən də bilməyən də,İslam dininə xələl gətirən fikirləri ilə tanınmış,elşad adlı birisinə qoşulub...fikirlərinə nə gəldi yazırlar...Gülünc bir vəziyyətdir.14 əsrdə yaşamış böyük İslam alimləri,,,böyüklər,,imamlar...hətta peyğəmbərin özü belə ,, Qurani-Kərimdə,, İslam dinimizdə səhv tapmadılar....bu şəxs,yəni o qədər savadlıdır ki..ərəb dilini qrammatik bilməyə bilməyə Müqəddəs kitabda,Dinimizdə səhv tapır,nəsə kəşf edir?Bu adam nəsə deyir,bəs sizə nə gəlib?Sizləri,qınamıram.Demokratiyadı.Bu dini bəyənmirsizsə başqa dinə keçin və ya ateist olun.öləndə də İslami qayda ilə dəfn olunmayın.Yəni bəyənmədiyiniz dində olmağınız məcburi deyil.İslamda məcburiyyət yoxdu.Seçim sizindi.Yetərki öz işinizin dalınca gedin,kiməsə imanına,ibadətinə görə lağ edib,təhqirə keçməyin.Yenə də:İslam dini xoşuna gəlmir....qəbul etmirsən?qapı açıqdır.Amma İslamı və onun dəyərlərini təhqir etmə.hərdən ətrafa bax, əməlinə fikir ver,qəlbinin səsinə qulaq as...təfəkkür et.Faydası var.

    Cavab yaz
    • Anonim
      alekse · 29 Oktyabr 03:1413

      aleks. Yazdiqlarini oxudum. Hiss olunur ki, "cox" savadli insansan. Sen bir seyi izah ele. Eger kimse, islam dininden imtina etmek istese, ne etsin? Kiminse, adina erize yazsin ki, men islam dininden cixiram. Xahis edirem meni islam dininden cixardin. Erizeni kim tesdiq etib, emirlesdirecek? Maraqlidir. Dindar.

      Cavab yaz
      • Anonim
        Dindara · 29 Oktyabr 09:0821

        Əgər mənim yazımı diqqətlə oxusan,ordakı nüansları çox gözəl görərsən.Əgər Müqəddəs Kitaba ,,yaxşı,,bələdsənsə ən azından İnsanın,Kainatın....yaradılışını və bu yaradılışdan məqsədi anlamamış olmazsan.İnsan azad yaradılıb,seçim onun özünündü.Kimsə İslama gələndə ərizə yazmırki...,Mən islama gəldim.Və ya İslamdan çıxdım.Bu və ya buna aid digər suallarınızı məntiqsiz,mənasız hesab etdiyimə görə cavabsız qoyuram.Yaxşı olar ki ,,ETİK,, qaydada Nikinizi dəyişib,Dinə aid məsələlərə baş vurmayasız.Dini məsələlərə ,,bilərəkdən,,, və ya bilməyərəkdən baş vurub Müqəddəs Kitabdan sitatlar gətirib Elşad kimi cəmiyyətdə çaşqınlıq yaratmayın.Sizinlə indi və indən sonra gözləyəcəyin diskissiyaya son qoyuram.Çünki mənasızdı.sayğılarla @ALEKS

        Cavab yaz
  • Anonim
    Sənan · 29 Oktyabr 07:4941

    Elşad Miri birbaşa Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmətsizlik edir.

    Cavab yaz
  • Anonim
    Hacı şirvan · 29 Oktyabr 16:2920

    Gündüz müəllimə təşəkkür.çünki ölkədə edikin(elşad)əqidəsinə görə narazılıq olar.heç kim edikin səviyyəsində deyil.

    Cavab yaz
  • Anonim
    Fariz · 4 Noyabr 07:1520

    Bizə hürən elə bir it olmadı ki,qotur tutmasın İmam Sadiq ə.s. Elşaddır da,hürüb hürüb susacaq.Ərəbcədən anlayışı yox,Quranı təhrif etməklə öncə Allahın göndərişinə,sonra Vasim Müəıllimə,Ziya Bünyadova İrad bildirir.Onu tərifləyənlər də o agıldadılar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.