Cəmiyyət

Günün qoroskopu: həddindən artıq ziddiyyətli gündür

3 Dekabr 2021 00:01
19 Şərh     Baxış: 6 364

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz. 

Buğa - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmaycaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.

Əkizlər - həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.

Xərçəng - sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız.
Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.

Şir - ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var.

Qız - gününüz maraqlı keçəcək. Yaradıcılıq potensialınız yüksək olduğundan nə özünüz bekar oturacaq, nə də başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni tanışlıqlar, xoş görüşlər mümkündür. Gün kübar məclisləri ziyarət etmək üçün əlverişlidir.
Mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət deyil.

Tərəzi - uğurlar və qələbələr vəd edən gözəl gündür. Yaradıcılıq potensialınız çox yüksəkdir. Ona görə də bədxahlarınız və rəqibləriniz maneəçilik törətməyə çalışsalar belə, istənilən məqsədinizə çata biləcəksiniz. Maraqlı görüşlər, məhsuldar iş danışıqları mümkündür.
İstənilən romantik münasibətə başlamaq üçün münasib gündür. Onların hansı istiqamətdə inkişaf edəcəyi isə sizdən asılıdır. Gün iri bazarlıqlar üçün əlverişlidir.

Əqrəb - çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq.
Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Əqrəblər romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər.

Oxatan - gün kifayət qədər sakit keçəcək. Heç nə planlarınızı həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlışla tapacaqsınız.
Həddindən artıq fiziki yük məsləhət deyil. İdmanla məşğul olmağı ya təxirə salmaq ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun sürən mübahisələrə son qoyulması üçün əlverişli gündür.

Oğlaq - çox uğurlu və istənilən başlanğıc üçün münasib gündür. Bu gün istənilən işin öhdəsindən gəlməyə, rəqiblərinizi üstələməyə və yeni səviyyəyə yüksəlməyə qadirsiniz. Həm özünüzün, həm də başqalarının ideyalarının həyata keçirilməsi üçün əlverişli gündür. Bu gün həm yaxşı rəhbər, həm də nöqsansız icraçı ola bilərsiniz. Bunu yalnız istəmək lazımdır.
Həyat potensialınız yüksək olacaq. Bu günə istənilən əyləncə planlaşdıra bilərsiniz. Əhval-ruhiyyəniz o qədər yüksəkdir ki, hər şey zövqünüzcə olacaq.

Dolça - bu gün ümidlərinizi doğrultmayacaq. Çox darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır deyillər. Bunun əvəzində xeyli yeknəsək iş, qaranlıq, bədxah adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs səylər olacaq.
Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq, sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına təyin olunan romantik görüşlər pis keçməyəcək.
 
Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.
Gün idmanla məşğul olmaq və aktiv istirahət üçün əlverişlidir. Səfərlər planlaşdırmaq olar. Hətta, sükan arxasında olsanız da, yol sizi yormayacaq.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 3 Dekabr 2021 00:02280

    Cüməniz mübarek olsun,gününüz uqurlu olsun.

    Cavab yaz
    • Anonim
      Boncuk · 3 Dekabr 2021 11:2720

      Salam Esra,çox sağol!

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 3 Dekabr 2021 16:0820

        Can Boncuk,Sende saq ol var ol,canımmm.

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 3 Dekabr 2021 00:03205

    Bəzi Eşqlər sonsuzdu,bəzi eşqlər onsuzdu.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 3 Dekabr 2021 00:04304

    Bəzən sevə-sevə qalxdiqimiz pilləkkənləri söyə-söyə düşürük.

    Cavab yaz
  • Anonim
    Ebru · 3 Dekabr 2021 00:04479

    Ay bürcüm kaşki,dediklərin düz olardı:)

    Cavab yaz
    • Anonim
      Boncuk · 3 Dekabr 2021 11:2740

      İnşəallah, Ebru)

      Cavab yaz
      • Anonim
        Ebru · 3 Dekabr 2021 12:3550

        Cann Boncukum(******).

        Cavab yaz
  • Anonim
    **** · 3 Dekabr 2021 00:1330

    İş danişiqlarini belə getsə ancaq xəyallarda görə bilərəm))

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 3 Dekabr 2021 09:32170

    Cüməniz Mübarək Dostlar.(Yulduz Usmonova ,,Mehebbet,, dinləməyə dəyər)şərh yazmasam da hər birinizin şərhinizi səmimiyyətlə izləyirəm.əllərinizə sağlıq.Hər birinizə sağlam can,xoşbəxt həyat,xatirələrinizdə daim yaşayacaq yaxşı gün diləyirəm.

    Cavab yaz
    • Anonim
      Ebru · 3 Dekabr 2021 12:36140

      Salam Aleks bəy,xoş gördük sizdə gözəl şərhinizi oxumaq mənim üçdə xoşdu.Çox sağ olun,siznlə bahəm.Oxuyan gözləriniz var olsun..

      Cavab yaz
  • Anonim
    asi · 3 Dekabr 2021 11:2271329

    Çox doğru proqnozdu..Kanalizasiyaya yığışıb qalmış, suya maneəçilik törədən, bədxax zirzibillə mübarizədə rəqibə qalib gəldim))..Artıq su rahat axıb gedir..Özümü çox sevincli hiss edirəm))..Bu arada mənim kimi, problem yaşayanlar varsa, “ unicum tornado-turbo qranulı” istifadə edə bilər..Əla bir vasitədir, xüsusən də mətbəx borusu üçün)..

    Cavab yaz
    • Anonim
      11.22e · 3 Dekabr 2021 19:13790

      bu ne danışır ay millet?? gülünc vəziyyətdədır

      Cavab yaz
    • Anonim
      asicik · 3 Dekabr 2021 19:17490

      kanalzasiyaya düşəsən ele!

      Cavab yaz
    • Anonim
      vika · 3 Dekabr 2021 19:24550

      men de bunu savadli xanım bilirdim. insanda medeniyyet yaxşı şeydir ayıb olsun başqa sözüm yoxdur''

      Cavab yaz
      • Anonim
        Boncuk · 3 Dekabr 2021 21:39237

        Bunu yazan Asidi??

        Cavab yaz
        • Anonim
          boncuğa · 4 Dekabr 2021 00:50380

          bele səviyyəsiz sözler bir ondan çıxır onsuz

          Cavab yaz
  • Anonim
    . · 3 Dekabr 2021 15:562814

    Evvel cox incidecek agrili olacaq bogulacaqsan ezileceksen daha sonra bir xos bosluq yaranacaq.en gozel hissleri esl heyatin ozunu burda yasamaga baslayacaqsan.her sey yanindan sesisce otub kececek,toxunmayacaq sene.coxx rahat nefes almaga baslayacaqsan...ve indiye qeder hiss etmediklerin ucun pesman olacaqsan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.