Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, hər birimiz üçün rahat və gözəl yaşayış sahəsinə malik olmaq müəyyən dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, hər bir şəxs arzuladığı evi əldə etmək üçün zamanının kifayət qədər böyük bir hissəsini, bəzən isə həyatının ən məhsuldar dövrünü sərf etmiş olur. Bir çox hallarda vətəndaşlar evlərinin təmiri zamanı dələduz "usta"ların qurbanına çevrilir. Bəs, təmir dələduzlarından özümüzü necə sığortalaya bilərik?
Hüquqşünas Arif Nəzərov Trend-ə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var və mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Təmir dələduzlarından qorunmaq üçün ilkin mərhələ onların istifadə etdikləri üsullara diqqət etmək lazımdır. Belə ki, saxta endirim kompaniyalarına və reklam çarxlarına, onlara aidiyyəti olmayan təmirli mənzillərin nümunə kimi göstərilməsinə, təmir işləri çərçivəsində dizayn xidmətinin və ya hər hansı başqa işin hədiyyə olunması vədlərinə və ya digər oxşar hallara aldanmaq lazım deyil.
Azərbaycan Respublikası Mülki Məcəllənin 753.1-ci maddəsinə uyğun olaraq, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Bununla əlaqədar, təmir fəaliyyəti ilə "məşğul olan" dələduzlar mənzil mülkiyyətçilərinin pul vəsaitlərini mənimsənilməsi üçün tərəflər arasında imzalanan müqavilədə görüləcək işlərin ümumi dəyərinin əlli faizinin öncədən ödənilməsinə dair müddəaların təsbit olunmasında israrlılıq nümayiş edirirlər. Dələduz şirkət nümayəndələrinin podrat müqavilələrində sözügedən müddəanın əks olunmasının əsas arqumenti kimi isə istifadə olunan təmir materiallarının bazar qiymətinin artması riskləri bildirilir.
Həmçinin, müqavilə şərtlərinə əsasən ilkin mərhlədə ödənilmiş vəsaitin real olaraq xərclənməsi görüntüsünü yaratmaq, eləcə də yerdə qalan vəsaitin mənimsənilməsi üçün zəmin yaradılması məqsədilə mənzillərdə söküntü, təmizləmə işləri aparılır, keyfiyyəti şübhəli olan təmir materialları gətirilir və qısamüddətli də olsa usta-fəhlə heyətinin iştirakı təmin edilir".
Hər hansı təmir işləri ilə bağlı müqaviləni imzalamazdan öncə təmir şirkətləri haqqında geniş məlumatın əldə olunmasını tövsiyə edilir. Belə ki, bu tip dələduz şirkətlər yaxın dövrdə yaradılmış olur və onların gördükləri işlərin həcminin bu qısa müddət ərzində icrası şübhə doğurur.
Mülki Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Belə ki, sözügedən dələduz firmalar tərəfindən nəzərdə tutulan işlərin icrasına qeyri-peşəkar heyətin cəlb olunması, işlərinə məsuliyyətsiz yanaşmaları mənzillərin yararsız hala düşməsinə və mülkiyyətçilər üçün sonradan əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Sonda hüquqşünas bildirib ki, mülkiyyətçilərin bu cür hallarla rastlaşdıqları təqdirdə, dərhal hüquq-mühafizə orqanlarına kollektiv şəkildə yazılı müraciətin edilməsi məqsədəuyğundur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
XƏBƏR LENTİ
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu





