Cəmiyyət

Vergi güzəştləri əldə edən şəxslər vergidən azad olunan gəlirləri bəyan etməlidirmi?

14 Noyabr 2021 23:39
0 Şərh     Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minib).

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövcud qanunvericilik müəyyən fəaliyyət növlərindən və əməliyyatlardan əldə olunan gəlirləri vergidən azad edir. Bununla belə, həmin fəaliyyət növü ilə məşğul olan şəxslər də gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanına bəyannamə təqdim etməlidirlər. Yəni vergidən azadolma vergiödəyicilərini digər öhdəliklərindən - bəyannamə verməkdən, uçot aparmaqdan azad etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.