Cəmiyyət

Günün qoroskopu: Potensial sifarişçilər, müştərilərlə danışıqlar aparın

21 Oktyabr 2021 00:01
27 Şərh     Baxış: 4 650

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısında sakit davranmaq çətindir. Soyuqqanlı davranmağınız şərtdir. İşlər istədiyiniz kimi getmədiyindən çox əlverişsiz, ağır şəraitə uyğunlaşmalı olacaqsınız. Amma situasiyanı dəyişə biləcəyinizə əminliyiniz itməsin.

Günün ikinci yarısında əlverişli məqam olacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Romantik təmaslar üçün münasib zamandır.

Axşam saatlarını yaxınlarınızla keçirin.

Buğa - işgüzar danışıqlar üçün əlverişli zamandır. Potensial sifarişçilər, müştərilərlə danışıqlar aparın. Bilik və bacarıqlarınızı, imkan və potensialınızı nümayiş etdirin. Səfərə yollanmaq olar. Yeni marşrutları sınaqdan keçirin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə harmoniya yaradın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Axşam saatlarını evdən kənarda keçirin.

Sevdiyiniz insanla birlikdə istirahət etmək olar.

Əkizlər - günün ilk yarısında mühüm işlərlə məşğul ola bilərsiniz. Diqqətli olun, səhvlərə yol verməyin. İşgüzar aktivlik səviyyənizi aşağı salmayın.

Tərəfdaşlıqla bağlı təklifin müzakirəsinə başlamazdan əvvəl detallara bir daha nəzər salın.

Günün ikinci yarısında yaxınlarınızla ixtilaf istisna deyil. Münaqişənin səbəbi əvvəlki dönəmlərdədir və indi aradan qaldırıla bilməz. Dəyər verdiyiniz insanların zəif cəhətlərinə aqressiv reaksiya verməyin.

Xərçəng - hər şey alınacaq. Əsas odur ki, sizi yoldan sapdırmağa və irəliləyişinizə mane olmağa çalışan insanlara qulaq asmayasınız. Yeni layihələrə başlamaq olar. Sınanmış dostlar və ya müttəfiqlərim birgə fəaliyyətə cəlb etmək mümkündür.

Günün ikinci yarısında həmfikirlərlə ümumi işi müzakirə edin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Şəxsi münasibətlər üçün düşərli zamandır. Həddən artıq romantizmə dalmayın. Rasional davranış fikir ayrılıqları və mübahisələrin qarşısını ala bilər.

Əhvalınızı kiçik məsələlər görə korlamayın.

Şir - günün ilk yarısı əlverişlidir. İşdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın. Fəaliyyətinizlə bağlı önəmli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların yaşamlarından şikayətlərinə qatılmayın.

Günün ikinci yarısında uğur şansınız az deyil.

Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Əhvalınız pisləşə bilər. Narahat olmayın. Yaşananlar əhvalınıza pis təsir etməyəcək. Nikbin olun, yaxınlarınızla səmimi davranın.

Özünüzü çox yormayın.

Qız - asan olmayan, qarışıq gündür. Ruhdan düşməyin. Nigaranlıq və narahatlıq yaradan problemin həll imkanları yaranıb. Mühüm suallara cavab ala bilərsiniz. İşdəki münaqişəni çözmək üçün konkret addımlar atın.

Günün ikinci yarısı normal peşəkar fəaliyyətə mane olan mənasız rəqabətə son qoyun.

Təxəyyülü işə salın, yaşamınızda yenilik edin. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Birmənalı olmayan situasiyada səhih davranış modeli seçin. Dəyişikliklərdə fayda var.

Tərəzi - hadisələrin sakit müşahidəçisinə çevrilməyin. Aktiv olun, enerjili hərəkət edin. İşgüzar danışıqlar pis keçməyəcək. Yeni tərəfdaşlarla əməkdaşlıq şərtlərini yerli-yataqlı, tələsmədən müzakirə edin. Çoxdan bəri həllini gözləyən maliyyə problemini çözə bilərsiniz.

Köhnə borcun qaytarılması istisna deyil.

Günün ikinci yarısında dəyər verdiyiniz insanların birindən xoş xəbər alacaqsınız. Vaxtında nümayiş edilən təşəbbüs şəxsi həyatınızda dəyişikliklərə səbəb ola bilər. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz. Yaxşı formadasınız.

Əqrəb - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bundan istifadə edin. Tələsin, çünki situasiya dəyişir, vəziyyət ağırlaşır.

Günün ikinci yarısında həmkarlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Kompromis variant tapmaq asan olmayacaq.

Axşam saatları ailə üzvləri ilə pul məsələsinə görə mübahisə vəd edir. Səbrli, təmkinli olun. İmiclə eksperimentlər etməyin. Nəticələr şübhəlidir. Yaxınlarınızı rəncidə etməyin.

Oxatan - rəvan zamandır. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. İdeyaları, hətta ən cəsarətli planları reallaşdırmaq olar. Fəaliyyət planını hazırlayın, irəliləyiş istiqamətini konkretləşdirin. İmprovizələr uğurlu olacaq. Problemin parlaq həll variantını tapacaqsınız.

Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Onların sizinlə bağlı gözləntilərini doğruldun, ümidlərini aldatmayın. İnanın, bu, heç çətin iş deyil. Sevdiyiniz insanla təmaslarınızdakı anlaşılmazlıqlara, münasibətlərinizi sərinlədən məqamlara son qoymaq olar.

Oğlaq - günün ilk yarısında maliyyə çətinlikləri istisna deyil. Pullarınızı biznesə yatırmayın. Kommersiya fəaliyyəti üçün əlverişli zaman deyil. Müstəqil fəaliyyət göstərin. Detallara fikir verin, səliqəli olun.

İşdə rəhbərliklə dil tapın.

Günün ikinci yarısında mühüm məsələləri təhlil etmək olar. Konstruktiv dialoqa üstünlük verin. Şəxsi münasibətlər baxımından neytral zamandır. Yaxınlarınızla ciddi fikir ayrılıqları olmayacaq. Əvvəlcədən planlaşdırılmış qısa səfərlərə yollanmaq mümkündür.

Dolça - günün ilk yarısında cəsur ideyaların reallaşdırılması üçün əlverişli şərait olacaq. İşlərdə uğur istisna deyil. Qəfil və maraqlı təklif alacaqsınız. Məhsuldar əməkdaşlıq başlana bilər. Müttəfiqlərinizi çox aramayın. ilk dəfə gördüyünüz insanların qiymətləndirilməsində səhvlərə yol verməyin.

Günün ikinci yarısında alınan məlumatlara ciddi yanaşın. Bu informasiyalardan bəziləri az sonra karınıza çata bilər. Son həftələr sizi narahat edən situasiya aydınlaşacaq. Yaxın perspektiv üçün hərəkət planını hazırlayın.

Balıqlar - yaradıcı yanaşma, təxəyyül, qeyri-standart həllər tələb edən işlər üçün günün ilk yarısı əlverişlidir. Rutin işlər sizi yoracaq. Ənənəvi çərçivələri dağıdın, azad və sərbəst davranın.

Günün ikinci yarısında işgüzar danışıqlara başlayın. Peşəkar fəaliyyət və maliyyə məsələləri ilə bağlı aktual məsələləri müzakirə edin. Konstruktiv dialoq üçün yaxşı zamandır.

Əks cins mənsubları ilə münasibətlərinizə fikir verin. İndiyədək dəfələrlə problemlər yaratmış səhvləri təkrarlamayın. Davranışınızda dəyişikliklər edin.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 00:0370

    Sabahiniz coxxxxx gözel ve maraqli olsun.Xeyirli olsun üreyinizce olsun.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 00:0480

    Bəzən yuxularinin gercək olmaqini isteyersen,bezen də yasadiqlarının yuxu olmaqin isteyersen.

    Cavab yaz
    • Anonim
      Esmer · 21 Oktyabr 12:0240

      Salam Esra can necesen ? Esra bezen ele.yasadiqlarinin coxunun yuxu olmaqini isteyer ...... insan...

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 15:0540

        Can Esmərim,cox saq ol yaxsiyam sen necesen usaqlar necedi?Bəli bəzi hadiseleri kas yuxu olardi deyirik.

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 00:0561

    Aqzinizdan cixanlara daima diqqet edin.Cün ki, bir sözü unutmaqa bir üzü unutmaqdan daha coxxxx zaman lazimdı.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 00:0661

    Özünü edaletlə mühakimə etsen deməli heqiqeten müdrük insansan.

    Cavab yaz
  • Anonim
    SUALLLLLL... · 21 Oktyabr 06:25312

    Her kesin sabahi xeyrli ve gozel olsun ...Sual .....burdaki serhcilerden kimleri yaxindan tanimaq isterdiz ..ya taniyirsizzzzz?men bir nece serhci var ki cox yaxindan tanimaq isterdim .... xay her kes yazsin...

    Cavab yaz
    • Anonim
      SuaLa · 21 Oktyabr 09:1053

      MəsəLən siz kimi tanimaq istərdiz?)

      Cavab yaz
    • Anonim
      Esmer · 21 Oktyabr 12:0640

      Tanisaq ne olacaq tanimasaq ne olacaq ......bezen ele.olur ki insan tanidiqina bele.pesman olar ....Kaski tanimasaydimmmmmm........

      Cavab yaz
    • Anonim
      Boncuk · 21 Oktyabr 12:491260

      Salam mən Esrani, Ebrunu, super savadli şərhlər yazan Asini, Madam xanimi, Aleksi,Göy gözlünü, Mələyi,Əsməri tanimaq istərdim.

      Cavab yaz
      • Anonim
        Melek b · 21 Oktyabr 16:1640

        Boncuk)salam məni tamimaq istərdiniz?❤bilmək olarmi nə maraqli gəldi sizə tanimaq istədiniz?

        Cavab yaz
        • Anonim
          kohneden · 21 Oktyabr 19:2220

          əbrunu gormek✍️

          Cavab yaz
          • Anonim
            Köhnələrə · 21 Oktyabr 21:1900

            Ebru demək istədiniz?Əbru yox

            Cavab yaz
      • Anonim
        Boncuka · 21 Oktyabr 17:0940

        Salam.Siz və digər şərhçilər üçün maraqlı bir şəxsiyyət olduğuma görə minnətdaram.Açığı özümçün də maraq kəsb etdim.Adlarını çəkdiyiniz bir neçə şərhçilərlə bir yerdə illəri yola salmışıq və bir birimizi dəst xəttimizdən tanıyırıq.Hər birimiz də yetərincə ali savadlı və cəmiyyətdə karyerası,xüsusi mövqeyi olan insanlarıq.Bir birimizə qarşı virtual olsa da belə,münasibətdə,davranışda həmişə etik qaydaları gözləmişik.həmişə belə olub,belə də olacaq.Bura virtual aləmdi.burda hər kəs şərhi,davranışı ilə kimliyini...nümayiş elətdirir.Vaxtınızı aldığım üçün bağışlayın.Maraq kəsb etdiyim üçün sayğılarla @ALEKS

        Cavab yaz
        • Anonim
          Boncuk · 21 Oktyabr 19:0610

          Sizlərin şərhlərini,çox bəyənirəm ona görədə inşəAllah qismət olarsa realda görüşərik əziz dostlar.

          Cavab yaz
          • Anonim
            Melek b · 21 Oktyabr 21:2110

            Salam Boncuq xanim təş edirəm.

            Cavab yaz
      • Anonim
        aaa · 21 Oktyabr 18:3040

        bu nə paxlliğdi dislike etmisiz?))

        Cavab yaz
      • Anonim
        asi · 21 Oktyabr 20:0130

        Boncuk, adınızı oxudum, gözümdə gəlinciklər canlandı, bilmirəm niyə)..Məncə 59 dislaykın da səbəbi mənəm)), daha doğrusu təsviriniz)..Yenə də çox sağ ol..Hələ də məni tanımaq istəyənin olmasına təəccüb etdim)..Elə bilirdim 7-8 il ərzində hamı məni tanıyıb)..Qocaman şərhçilərdənəm..

        Cavab yaz
        • Anonim
          Melek b · 21 Oktyabr 21:2110

          Hə staji qoca .özü cavan)

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 22:3030

            Asi men seni inan Allaha tez tez yuxumda görürem hemise de Esranurla birge.Vallah her defe ikinizi ya bize gelmisiniz ya men size 3 müz bu yaxinlarda guya toy kimi meclisdeydik sen men Esranur oturmusduq Esranurun qucaqinda körpe qiz usaqi ne qederr öpürem usaqi qeribe hemde xosuma geldi yuxu Onunla danisanda menden coxlu salam de Qizini da tebrik edirem.

            Cavab yaz
    • Anonim
      Suala · 21 Oktyabr 15:1033

      Yalnız Əsra Şamaxını tanımağ istəyərdim.Çox pazitiv zarafatcıl hazırcavab gözəl insandı.

      Cavab yaz
    • Anonim
      &&& · 21 Oktyabr 15:1233

      Esramı tanımaq görmək dərdləşmək istəyırdim Mənim virtual dərd ortaqim canim bacimdi.

      Cavab yaz
    • Anonim
      Nura · 21 Oktyabr 19:1531

      ❤️-im Ebrunun isterem gormek,

      Cavab yaz
  • Anonim
    Süheyla · 21 Oktyabr 09:1266

    Mən burda adı tez tez cəkıLən Əska kimdir ki,MəLəy adLı şərhci hər gün ona saLam göndərır,özü burada oLmasa beLə.

    Cavab yaz
    • Anonim
      Melek b · 21 Oktyabr 16:1730

      Hə Suheyla xanim bunun öz istoriyasi var.5 ilin 6 ilin zamani deyil)

      Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 21 Oktyabr 18:5330

    Meni tanımaq isteyən canlarım.Vertualda necəyəm heyatda da eləyəm.Bütün şerhciler mənə əzizdi hamını qiyabi taniyiram vəə coxx isteyirem.❤

    Cavab yaz
  • Anonim
    Tahırə · 21 Oktyabr 21:2340

    Mən MəLəy,Ebru,Asini tanımaq istərdim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.