Göygöl - təbiətin füsunkar hədiyyəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göygöl qoruğuna, səfalı Göygöl gölünə səyahət Azərbaycanı başqa yöndən kəşf etməyə kömək edir. Göl və eyniadlı milli park ecazkar təbiəti və heyrətamiz mənzərələri ilə məşhur olan Odlar ölkəsinin ən gözəl yerlərindən biridir.
Milli.Az aviatravel.az-a istinadən bildirir ki, XII əsrdə Gəncə şəhərinin yaxınlığında baş vermiş dağıdıcı zəlzələ yüz min insanın həyatına son qoydu. Təbii fəlakət Kəpəz dağının zirvəsini uçurdaraq Ağsu çayının dərəsinin qarşısını kəsdi. Beləcə zəlzələnin məhvedici gücü möhtəşəm guşəni - Göygöl gölünü əmələ gətirdi və sanki səmadan düşmüş göyümtül gölləri - Maralgöl, Qaragöl, Zəligöl, Şamilgöl və s. - valehedici formada yerə səpdi.
Göygöl ölkənin dağ gölləri cərgəsində elə bil nişan üzüyünün qiymətli daşıdır. O, ağacların arxasından suyun açıq-göy güzgüsü kimi bərq vuraraq qəfildən üzə çıxır. Əzəmətli Kəpəz dağı əsrlər boyu onun dincliyinin keşiyində dayanır. Kəpəz Göygölün şəffaf səthinin üzərində əlçatmaz sədd kimi ucalır. Göy yaqutlu (sapfirli) çeşmə heyrətamiz şəffaflığı ilə özünə cəlb edir: gölün suyu büllur kimi təmizdir, onun 8-10 metr dərinliyi yaxşı görünür. Gölün maksimum dərinliyi 96 metrdir.
Gölə gedən yol sonu görünməyən dolambac yollardan keçir. Bu mənzərə gerçəklik hissini itirəndə sürrealist (qeyri-real) təbiət təsviri yaradır. Buranın hər bir kvadratmetr sahəsindəki rənglərin və alınan təəssüratların toplusu artıqlaması ilədir. Meşə ətri ilə dolu olan dağ havası insanın başını hərləndirir. Buranın hündürlüyü dəniz səviyyəsindən 1000 metrdən artıqdır.
Göyərən geniş sahələrin arasında Maralgöl məskunlaşıb. Bura Göygölə baş çəkən turistlərin yolunda növbəti dayancaqdır. Gölün həcmi kiçik olsa da bir çox səyahətçinin ürəyini fəth edir. Sıx yaşıl ağaclar rənglərin coşğunluğu ilə heyrətə salır. Maralgöl kifayət qədər dərin göldür, onun suyu göy və zümrüd rəngli çalarlarla bərq vurur, o şəffafdır, dərinliyi isə aydın şəkildə görünür.
Bu göl barədə xeyli rəvayətlər qoşulub. Rəvayətlərin birində deyilir: Gəncə xanı bahar və yay aylarını həmişə Kəpəz dağının yamacında keçirərmiş. Xanın Maral adlı qızı var imiş, cavan bir çoban onu sevirmiş. Sevgi qarşılıqlı olur, lakin qız oğlan qarşısında şərt qoyur: o, Kəpəz dağının qollarında qurumuş gözəl gölə su çəkənə ərə gedəcək. Aşiq olmuş cavan oğlan qızın şərtini yerinə yetirir. Elə o gündən onun açdığı çeşmə "Xan qızının bulağı" adlanır, gölə isə Maralın adı verilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





