Cəmiyyət

Rasim Balayevin tükürpədən görüntüsü - VİDEO

28 Sentyabr 2021 17:42
4 Şərh     Baxış: 5 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayıb.

Milli.Az xəbər verir ki, həmin anları "Birinci Studiya" proqramı lentə alıb.

Verilişin aparıcısı Lalə Azərtaş qeyd edib ki, sənətkar sağlamlığında problemlərin olmasına baxmayaraq, Şuşaya gedib.

"Mən arzu edirəm ki, bütün insanlarımızın, elimizin, obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi", - sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R. Balayev deyib.

Xatırladaq ki, daha əvvəl R. Balayev və ailə üzvlərinin 35 il sonra İsa bulağında çəkdirdiyi foto sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.