Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Atatürk prospektində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, motosiklet işıqforun qırmızı işığında keçib. Bu zaman motosiklet "Chevrolet" və "Mercedes" markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Milli.Az