Dördəmlərin anası: “Övladlarımı hələ görməmişəm” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rayonda həkim əkiz övladımın olacağını demişdi, Bakıya gələndə isə dördəm olduğunu öyrəndik".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri dünən Bakıda dünyaya göz açan dördəmlərin anası Ülviyyə Sofiyeva deyib.
Körpələrdən birinin qız, üçünün oğlan olduğunu xatırladan 30 yaşlı ana artıq uşaqlara adlar qoyduqlarını söyləyib. Belə ki, onların adları Fatimə, Yusif, Məhəmməd və Ümiddir:
"İllər sonra uşaq sahibi olmaq çox gözəl hissdir. Hər bir ailəyə belə gözəl hisslər keçirməyi arzulayıram. Zaqatalada bizə əkiz uşağımızın olacağını dedilər. Bakıya gəldikdə dörd uşaq olacağını öyrəndik, bu, bizə böyük sürpriz oldu. Düzdür, dörd uşağa eyni anda baxmaq çox çətindir, amma qayınanam mənə kömək edəcək.
Övladlarımı hələ görməmişəm. Deyirlər ki, birinin vəziyyəti yaxşı deyil. İnşallah, sağ-salamat xəstəxanadan hamımız birgə çıxarıq.
Xəstəxanada olduğumuz müddətdə həm mənə, həm də uşaqlarıma çox böyük qayğı və diqqət göstərirlər. Bizə qayğı göstərən hər kəsə təşəkkür edirəm".
Dünyaya gələn dördəmlərin çəkiləri 1140 qram (oğlan), 1350 qram (oğlan), 1230 qram (oğlan), 1120 qramdır (qız).
Ananın 30, atanın isə 31 yaşı var. Onlar 4 ildir uşaq həsrəti ilə yaşayırdılar. Uşaqlar süni mayalanma nəticəsində dünyaya gəlib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir





