Cəmiyyət

Röya Rəfili Almaniyadan deportasiya olundu

15 Sentyabr 2021 12:09
0 Şərh     Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

Mili.Az musavat.com-a istinadən xəbər verir ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polislər onu hava limanına aparıb və bir qrup azərbaycanlı ilə bərabər ötən gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər.

Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız Atletlər kəndinə aparılıb. Atletlər kəndindən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız COVID-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri "Yeni Müsavat" qəzeti olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.