Cəmiyyət

Bərdənin bir kəndi sel təhlükəsi ilə üzləşib

3 May 2010 12:47
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az portalı ANS telekanalına istinadən xəbər verir ki, ötən gün rayonun Hacıbəyli kəndi yaxınlığında 2 istiqamətdə torpaq bəndi 25 metrədək yuyulub. Sel sularının kəndə girmək təhlükəsi yaranıb. Rayon Fövqəladə Hallar Komissiyası əraziyə dərhal texnika gətirib. Gün boyu davam edən işlər nəticəsində çayın istiqaməti dəyişdirilib və təhlükə aradan qaldırılıb.

Üç gün əvvəl isə rayonun Zümürxan kəndində evləri qəzalı vəziyyətə düşən 6 məcburi köçkün ailəsinin başqa əraziyə köçürülməsi davam edir. Qəzalı evlər sökülür. Kənd sakinlərinə Zümürxan ərazisində 5 sot torpaq sahəsi ayrılıb və bu günlərdə tikintiyə start veriləcək.

Qeyd edək ki, hazırda Tərtər çayında üç istiqamətdə sahil bərkitmə işləri aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.