Cəmiyyət

Nazir məktəblərin yenidən bağlanmaması üçün şərtləri açıqladı

12 Sentyabr 2021 22:29
Baxış: 6 075

Ənənəvi tədrisin davamlı olması üçün biz vaksin vurdurmalıyıq. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşıladı:

"Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq ənənəvi dərslər o qədər davamlı olar".

Nazir qeyd edib ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır. Nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub: "Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.