Cəmiyyət

İmişlidə ağır qəza: 2 ölü - VİDEO

7 Sentyabr 2021 08:28
0 Şərh     Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişlidə baş verən qəzada 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Cəfərli kəndində qeydə alınıb.

Motosikletlə "VAZ 2115" markalı avtomobilin toqquşması nəticəsində motosikletdə olan 3 nəfərdən biri - Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Şiraslanov Kamil Zülfü oğlu hadisə yerində, digəri - Əliqulular kənd sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu Şirvan xəstəxanasında dünyasını dəyişib. Bir nəfər - 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.