Cəmiyyət

Bakıda bir həftə əvvəl açılan parkı bu hala saldılar

2 Sentyabr 2021 23:39
5 Şərh     Baxış: 1 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən həftə Bakının Xətai rayonu ərazisində "Gənclik" parkının açılışı olub.

Milli.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, açılışdan bəri şəhər sakinlərinin böyük maraq göstərdiyi parkdakı hazırkı vəziyyət ürəkaçan deyil.

Zibillər pərakəndə şəkildə ərtafa atılıb, parkda natəmizlik hökm sürür.

Parkdakı natəmizliklə bağlı görüntülər qısa zamanda sosial şəbəkələrdə də yayılıb.

Parkdakı üzücü vəziyyət natəmizliklə də yekunlaşmır. Burada quraşdırılan əyləncə vasitələrindən kobud şəkildə istifadə olunur.

Elə əlillər üçün nəzərdə tutulan hissədə də vəziyyət ürəkaçan deyil. Uşaqlarını nəzarətsiz buraxan valideynlər bununla da istirahətə, eləcə də, əyləncəyə daha çox ehtiyacı olan vətəndaşlarımızı bu imkandan məhrum edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.