Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xəzər donanmasının komandir müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sözügedən bu hərbi təlimlər sentyabrın əvvəlində "Dəniz kuboku" müsabiqəsi başa çatdıqdan sonra keçiriləcək.
Milli.Az