Azərbaycan üç ölkə ilə Xəzərdə birgə təlim keçirəcək

31 Avqust 2021 12:29

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xəzər donanmasının komandir müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sözügedən bu hərbi təlimlər sentyabrın əvvəlində "Dəniz kuboku" müsabiqəsi başa çatdıqdan sonra keçiriləcək.

Milli.Az