Cəmiyyət

İnternet üzərindən maşın almaq istəyən şəxsin pulu mənimsənilib - TƏFƏRRÜAT - VİDEO

30 Avqust 2021 14:06
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobil almaq istəyən Göygöl sakini aldadılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, internetdə maşın elanı görən Göygöl sakini Sübhan Məmmədov onun ucuzluğuna aldanaraq tez almaq istəyib. O, guya Ağstafada yaşayan "satıcı" Şəhriyar ilə 2000 manat qiymətdə razılığa gəlib. Satıcı sonra isə onun inamından sui-istifadə edərək bank kartına 1200 manat göndərməsini istəyib.

Maşını almaq üçün Ağstafaya gedən Sübhan Məmmədov orada "satıcıya" zəng çatmadığını görərək aldadıldığını başa düşüb və tədbir görmək qərarına gəlib. O, 102 xidmətinə və yerli polis şöbəsinə müraciət edib.

Məlum olub ki, ona qarşı dələduzluq edərək 1200 manatını mənimsəyən şəxs Bakı şəhər sakini Racov Elxan Teyyub oğludur. Hazırda fakt araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.