Cəmiyyət

Şərqi Zəngəzurun iqtisadi perspektivi - VİDEO

20 Avqust 2021 13:32
0 Şərh     Baxış: 1 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgənin inkişafı ölkə iqtisadiyyatınin 4 %-ni formalaşdıracaq

Milli.Az Real TV-ə istinadən bildirir ki, Şərqi Zəngəzur həm turizm, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəlki dövrlərdə bu rayon Kəlbəcər-Laçın iqtisadi rayonu kimi təsnifləndirilirdi və ölkəmizin iqtisadiyyatında əhəmiyyətli rol oynayırdı. Bu mənada, istisna deyil ki, sözügedən inzibati rayon ölkədə aqrar sahənin inkişafına mühüm töhfə verəcək.

Şərqi Zəngəzur iqtisadi rayonunun davamı kimi Zəngəzur dəhlizinin açılması isə regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Bir sözlə, ilkin qiymətləndirmələr onu göstərir ki, Şərqi Zəngəzurun potensialı ilə yaxın illərdə Azərbaycan iqtisadiyyatının 4 %-i formalaşdırılacaq. Bu isə onu deməyə əsas verir ki, yaxın dövrlərdə Şərqi Zəngəzur iqtisadi rayonunda təxminən 3 milyard manata yaxın aqrar və sənaye məhsullarının istehsalı mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.