Cəmiyyət

Vaksinasiya ilə bağlı evlərə bildirişlər göndərilir - VİDEO

20 Avqust 2021 14:38
0 Şərh     Baxış: 1 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonunun Nügədi kəndində koronavirusa yoluxmanın  artmasının qarşısını almaq üçün peyvənd vurdurmayan vətəndaşlara bildirişlər göndərilib. Peyvəndləmədə ən az göstəricisi olan kənd də elə İkinci Nügədidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, koronavirus xəstəliyinə yoluxma sayının artdığı yaşayış məkanlarından biri də Qubanın İkinci Nügədi kəndidir.

Həkimlər yoluxmanın qarşısının alınması üçün tətbiq olunan müxtəlif üsullardan ən effektivini peyvəndləmədə görür. Quba Rayon Mərkəzi Xəstəxnasının Nügədi Ailə sağlamlıq mərkəzindən bildirildi ki, hazırkı dövrə qədər sözügedən kənddə əhalinin 35 faizdən çoxuna vaksin vurulub. Yoluxmanın artdığı bu günlərdə isə sakinləri peyvəndləməyə təşviq etmək üçün evlərə bildirişlər göndərilib.

Bildirişlər göndəriləndən sonra kənd ərazisində peyvənd vurdurmağa gələnlərin sayında artım olub. Sakinlər bildirirlər ki, əvvəl tərəddüd edirdilər. Lakin iynə vurdurandan sonra narahatlıq hiss eləməyiblər.

Quba Rayon Mərkəzi Xəstəxnasından bildirildi ki, vaksinasiya işlərinin aparılması üçün kəndlərdəki tibb məntəqələrinə həkim briqadları göndərilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.