Cəmiyyət

Turizm cənnəti - Şərqi Zəngəzur - VİDEO

19 Avqust 2021 14:16
0 Şərh     Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekspert: Növbəti 10 ildə bu bölgəyə 500 min turistin gəlməsi hədəflənib

Milli.Az Real TV-ə istinadən bildirir ki, sovet dönəmində təkcə Kəlbəcərin "İsti su" sanatoriyasına il ərzində 50 min turist gəlirdi. Reklamçılığın inkişaf etmədiyi, dünya səviyyəli turizm sərgilərinin keçirilmədiyi bir dövrdə. İndi Azad Kəlbəcərin turizm potensialını düşündükcə bütün bunları hesaba qatsaq, ərazinin ciddi şəkildə inkişafının nə qədər sürətli olacağını təsəvvür etmək mümkündür.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bölgədə inşa edilən hava limanları bu işdə köməyimizə çatacaq. Üstəlik Kəlbəcər və Laçında yay turizmi ilə yanaşı qış turizminin də inkişaf etdirilməsi vacibdir.

Ekspertin fikrincə, bölgənin turizm cənnəti kimi dünya çapında tanınması üçün burada beynəlxalq festivalların keçirilməsi, müxtəlif bayramların təşkil edilməsi olduqca vacibdir.

Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Vaxtilə bu rayonlarda olan sanatoriyalar, şəfa mərkəzləri, kurortlar hazırda araşdırılır. Qarabağa Böyük qayıdış çərçivəsində, bu ərazilərdə olan bütün turizm obyektlərinin bərpası və yenidən qurulması əsas planlar arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.