Cəmiyyət

Həkim dənizdə ölüm təhlükəsi ilə üzləşən vətəndaşı belə xilas edib - VİDEO

19 Avqust 2021 12:58
1 Şərh     Baxış: 1 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmiyevanın sayıqlığı nəticəsində bir nəfər ölümdən xilas edilib.

Hadisə Xaçmaz rayonunda baş verib.

İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ölümdən xilas edilən şəxs Fərhad Rüstəmov olub.

O deyib ki, həmin vaxt heç nə hiss etməyib, huşsuz olub.

Lakin həkim Aygün İsmiyeva bir anlıq da olsa ümidini itirməyib. Tam 25 dəqiqə dayanmadan ürək masajı edib.

Aygün İsmiyeva deyib ki, bu hal onun tez-tez rastlaşdığı hadisələrdən sadəcə biridir: "Tək fərq formamın və tibbi avadanlıqlarımın üstümdə olmaması idi".

Bu gün Fərhad Rüstəmov Aygün həkimə minnnətdardır. Çünki həkimin ani müdaxiləsi hazırda onu həyatda yaşadır. Həkim isə düşünür ki, o, sadəcə vasitəçidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.