Cəmiyyət

Bakıda qaraj tikən vətəndaş 16 ağacı kəsib - Nazirlik

17 Avqust 2021 10:18
0 Şərh     Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov Milli.Az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.