Cəmiyyət

17 balı olan sürücü qırmızıda keçib sürücülük hüququnu itirdi - FOTO

13 Avqust 2021 14:28
0 Şərh     Baxış: 1 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər edib svetoforun qırmızı işığından keçən sürücü saxlanıldı.

Milli.Az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış görüntülərə baxış keçirildikdən sonra

99-VV-365 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusu öz təsdiqini tapıb. Buna görə də sürücü Şahmarlı İlqar Sevindik oğlu idarəyə dəvət olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 3 bal 60 manat cərimə yazılıb.

Onun sürücülük vəsiqəsində 17 bal olduğu üçün, yazılmış 3 bal 60 manat cərimədən sonra toplanılmış ballar 20-yə çatdığından, sürücülük hüququ avtomatik olaraq məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.