Cəmiyyət

Yalama qəsəbəsinin qaz problemi - VİDEO

13 Avqust 2021 11:28
1 Şərh     Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İB: Problem tezliklə həllini tapacaq

Xaçmaz rayonunun Yalama qəsəbəsinin yeni yaşayış massivinin sakinləri mavi yanacaq problemindən əziyyət çəkirlər. 10 ailə uzun illərdir təbii qazdan istifadə edə bilmir. Buna səbəb onların yaşadığı əraziyə qaz xəttinin çəkilməməsidir. Təbii qaz olmadığı üçün sakinlər alternativ yanacaq mənbəyi kimi odundan istifadə edirlər. Odun əldə etmək isə heç də asan deyil.

Milli.Az Real TV-ə istinadən bildirir ki, şikayətçi sakinlərin dediklərinə görə, bir neçə dəfə aidiyyatı qurumlara müraciət ediblər. Onlara bildirilib ki, qaz xəttlərinin çəkilişi sakinlərin öz vəsaitləri hesabına aparılmalıdır. Lakin həmin məğləğ yüksək olduğu üçün onların imkanları xaricindədi. Bu səbəbdən də sakinlər Azəriqaz İstehsalat Birliyinindən küçə xəttlərinin çəkilməsini tələb edir.

Yalama qəsəbəsinin sakinlərinin şikayəti ilə bağlı Azəriqaz İstehsalat Birliyinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, müraciətimizdən sonra əraziyə baxış keçiriləcək və tezliklə sakinlərin qazla bağlı problemi həll ediləcək.

Ümid edirik illərlə qazsız keçinən sakinlər üçün bir qədər də səbr etmək çətin olmayacaq. Bununla da problem bir dəfəlik həllini tapacaq və onlar da digər sakinlər kimi mavi yanacaqdan istifadə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.