Cəmiyyət

Yol polisinin videsonu çəkib "avtoş"luq edən sürücü həbs edildi

12 Avqust 2021 16:30
0 Şərh     Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtoxuliqanlıq hərəkətləri edən və Dövlət Yol Polisi İdarəsinin həyətinə daxil olaraq DYP maşınlarının videosunu çəkib qərəzli ifadələr işlədən sürücü həbs edilib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Milli.Az-a məlumat verib. "Paytaxtın müxtəlif küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edən sürücünün görüntülərinə baxış keçirilərkən fakt öz təsdiqini tapıb. Törətdiyi inzibati xətaya görə sürücü 31 yaşlı Məmmədov Aslan Vaqif oğlunun barəsində toplanılmış materiallar aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib".

Vaqif Əsədov qeyd edir ki, dünən keçirilən məhkəmə zamanı sürücünün səmimi peşmançılığı və ailə vəziyyəti nəzərə alınmaqla yüngülləşdirici hal kimi 7 gün müddətinə inzibati qaydada həbs və nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması qərarı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.