Cəmiyyət

Şəhid İqbal Astanlının doğum günündə onun məzarı ziyarət olunub - VİDEO

12 Avqust 2021 12:04
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi zamanı döyüşlərə cəsarətlə qatıldı və igidlik göstərdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət biləsuvarlı şəhid əsgər İqbal Astanlıdan gedir.

Atası  İlqar Astanlı deyir ki, İqbal uşaqlıqdan cəsarəti ilə həmyaşıdlarından seçilirdi. İdmana  çox böyük  həvəsi vardı. Sərbəst  güləş idman növü ilə məşğul olan  İqbal  müxtəlif yarışlarda  dəfələrlə  diplom və medallarla təltif edilmişdi. İkinci Qarbağ  müharibəsi  başlayanda  o, həqiqi hərbi xidmətini  Mingəçevir rayonunda kəşfiyyat bölümündə davam etdirirdi. Müharibənin ilk günündən isə cəsur kəşfiyyatçı  döyüş yoldaşları ilə birlikdə  Suqovuşan istiqamətində  döyüşlərə  qatılır.

Anası Nəzakət xanım deyir ki, İqbal evin böyük oğlu olduğu üçün  hər işdə ona dayaq idi. Ailəsi onu əsgərlikdən sonra evləndirməyə hazırlaşırdı.

Bir neçə postun alınmasında xüsusi igidlik göstərən İqbal  Astanlı  sentyabrın  29-da  Talış  kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Yaşasaydı  24  yaşı tamam olacaqdı. Doğmaları, eli-obası onsuz onun ilk ad gününü  qeyd ediblər. Bu məqsədlə əvvəlcə şəhidin məzarı ziyarət  edilib. Sonra isə  İqbal Astanlının və Biləsuvar şəhidlərinin xatirəsinə həsr edilmiş  kompleksin  açılışı olub. Şəhid İqbal Astanlı  ölümündən sonra "Vətən uğrunda" meadlı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.