Cəmiyyət

İtkin düşən yeniyetmə tapılıb

26 İyul 2021 20:42
0 Şərh     Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:42

Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 13 yaşlı şəhər sakini Famil Müqabil oğlu Amanov Kür çayı sahilində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

---------

18:01

Mingəçevirdə uşaq itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.

Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib.

Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.

Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.