Cəmiyyət

Qubadlı fatehi - VİDEO

17 İyul 2021 10:24
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Laçında şəhid olan V.Xəlilovun bu gün doğum günüdür

Milli.Az Real TV-ə istinadən bildirir ki, Vidadi Xəlilov... Ən böyük arzusu Şuşada qurban kəsmək idi. Laçında şəhid oldu. Qubadlı fatehi kimi tanınan polkovnik-leytenant Vidadi Xəlilovun bu gün doğum günü idi. Yaşasaydı 38 yaşı tamam olacaqdı.

Vidadi Xəlilov 1982-ci ildə Göyçay rayonunda anadan olub. Sentyabrın 27-də başlayan Vətən müharibəsində əsgərləri ilə bərabər ön xətdə döyüşlərə qatılıb.

Şəhid Vidadi Xəlilov torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə ilk olaraq Murov dağ istiqamətindən, daha sonra Füzuli, Zəngilan, Qubadlı iştirak edərək bir çox qəhrəmanlıqlar göstərib.

Yaralı hərbçilərimizi döyüş meydanlarından çıxararaq hospitallara göndərib. Sonuncu dəfə isə oktyabrın 29-da Laçın rayonun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.