Cəmiyyət

Valideynləri narkotik aludəçisi olan azyaşlı sığınacağa yerləşdirilib

16 İyul 2021 18:30
0 Şərh     Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri narkotik aludəçisi olan azyaşlı ilə bağlı vəziyyəti nəzarətə götürüblər.

Komitədən Milli.Az-a verilən xəbərə görə, ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar.

Məlumat verilib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub.

Qeyd edək ki, azyaşlının valideynləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib.

Narkotik aludəçisi olan valideynlər isə müayinə üçün Narkoloji Dispanserə göndərilib.

Məsələ Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.