Cəmiyyət

Şəmkirdə yol faciəsi: 3 ölü, 2 yaralı - FOTO

15 İyul 2021 08:13
0 Şərh     Baxış: 2 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə "QAZel" markalı kiçiktutumlu yük maşını ilə "QAZ 31105" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Avtoqəza nəticəsində 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Şahin Məmmədov və 1971-ci il təvəllüdlü Ədalət Bayramov isə xəsarət alıb.

Hadisənin digər təfərrüatları araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.