Cəmiyyət

Məktəblilər üçün yeni forma gəlir: İndiki məktəbli formalarının aqibəti necə olacaq?

11 İyul 2021 22:54
0 Şərh     Baxış: 1 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Maraqlıdır, "Bakı Tikiş Evi"nin anbarında qalan indiki məktəbli formalarının aqibəti necə olacaq?

Milli.Az cebhe.info-ya istinadən bildirir ki, "Bakı Tikiş Evi"nin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimovun dediyinə görə, hələ qərar təsdiqlənmədiyinə görə bununla bağlı hər hansı fikir söyləmək tezdir:

"Təhsil Nazirliyi də bildirib ki, proses birdən-birə olmayacaq. Hələlik bu il də köhnə formalar istifadədə olacaq. Hələ yeni formalar haqqında qərar təsdiq olunmayıb deyə, qiyməti barədə də məlumat yoxdur. Bilirsiniz ki, qərarı Nazirlər Kabineti təsdiq etməlidir. Hələ qərar təsdiqə göndərilib. Daha sonra kimə nə məsləhət görüləcəksə, elə də olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.