Cəmiyyət

Təhsillə bağlı arayışları əldə etmək asanlaşır - VİDEO

9 İyul 2021 11:09
0 Şərh     Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsillə bağlı arayışları əldə etmək asanlaşır. Bununla bağlı yeni elektron xidmət istifadəyə verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,vətəndaşlar portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Elektron xidmət vasitəsi ilə ali , orta ixtisas, peşə təhsili pillələrində təhsil almaq barədə  arayışları almaq mümkündür. Bununla yanaşı, dövlət proqramı əsasında xaricdə təhsil alanlar və məzun olanlar da bu xidmətdən yararlana biləcəklər.

Təhsil Nazirliyinin informasiya və vətəndaşlara xidmət şöbəsinin müdiri Rəşad Xanlarov "Xəzər Xəbər"ə bildirib ki, elektron arayışlar portalda avtomatik formalaşdırılır.

Şöbə müdiri vurğulayıb ki, xidmətdən hələlik cari ildə təhsil alanlar istifadə edə biləcəklər.

Rəşad Xanlarov əlavə edib ki, hazırda təkmilləşdirmə işləri davam etdirilir. Gələcəkdə əvvəlki illərin məzunlarının da bu xidmətdən istifadə etməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.