Cəmiyyət

Azərbaycanda nə qədər qızıl ehtiyatı var? - VİDEO

6 İyul 2021 12:24
0 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın ən zəngin filiz ehtiyatlarına malik zonalarından biri Qarabağ bölgəsi və ətraf ərazilərdir. Bu sahədə geniş həcmli monitorinq-təftiş qiymətləndirmə işləri aparılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hazırda sözügedən ərazilərdəki yataqların istismara cəlb edilməsi üzrə müvafiq tədbirlər həyata keçirilir.

Əli Əliyev Azərbaycanın digər ərazilərində filiz yataqlarının işlənməyə davam etdiyini də bildirib. Onun sözlərinə görə, ölkəmizdəki qızıl, gümüş, mis, dəmir və digər faydalı qazıntıların emalına başlanıb. Bunlar əsasən Çovdar və Gədəbəy qızıl yataqlarında həyata keçirilir. Hazırda Çovdar yatağında 51.5 ton qızıl ehtiyatı var. Gədəbəydəki qızıl yatağında da buna yaxın bir rəqəm qeydə alınıb.

Xidmət rəis əlavə edib ki, Kəlbəcərdəki yataqların, xüsusilə Söyüdlü və Vejnəli yataqlarının bir qismi 30 il ərzində erməni şirkətləri və onların havadarları tərəfindən istismar edilib. Hazırda bu ərazilərdə filiz, qeyri-filiz və inşaat materialları yataqlarına vurulmuş ziyanın monitorinqləri aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:     

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.