Cəmiyyət

Günün qoroskopu: Yaşam potensialının səviyyəsi yüksəkdir

4 Avqust 2021 00:01
24 Şərh     Baxış: 6 152

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işlərdə intuisiyanıza güvənin. Baş verəcək hadisələrin heç olmasa, bir qismini əvvəlcədən təxminləməyə çalışın. Peşəkar fəaliyyət müstəvisindəki bəzi qərarlarınız yaxın ətrafınızdakı insanlara qəribə gələ bilər. Amma hadisələrin inkişaf məcrası haqlı olduğunuzu göstərəcək.

İşdə rəhbərliklə münasibətləri normallaşdırın, ümumi məxrəcə gəlməyə can atın. Anlaşılmazlıqları aradan qaldırmaq olar.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər olacaq. Profilaktika məqsədilə yalnız sınanmış prosedurlardan və metodlardan yararlanın. Allergik reaksiya ola bilər.

Buğa - gün uğursuz başlasa da, əhvalınızı korlamayın. Az sonra müsbət dəyişiklikləri görəcəksiniz. Təcrübəli həmkarlar, habelə dostlarla ünsiyyətdə xeyir var. Belə olarsa, başqalarının səhvlərini təkrarlamamağa imkan verən məsləhətlər alacaqsınız.

Günün ikinci yarısında çətin problemin dürüst həllini tapın.

Maliyyə məsələləri baxımından əlverişli zamandır. Yaxşı gəlirlər istisna deyil. Səfər və ya səyahət əhvalınızı yaxşılaşdırmaqla yanaşı, maraqlı tanışlıqlara imkan verəcək.

Axşam saatlarında aktiv olun.

Əkizlər - işlər prinsip etibarilə pis deyil. Amma diqqətiniz yayınmasın. İstənilən kiçik səhvin böyük fəsadları ola bilər. Əvvəllər yol verdiyiniz səhvləri yada salacaqlar. Bu isə əhvalınızı korlaya bilər.

Əməkdaşlıqla bağlı danışıqlar üçün pis gün deyil. Fəqət, maliyyə məsələləri ilə bağlı qərarların qəbulunu ertələyin.

Günün ikinci yarısında planlaşdırılmamış səfərlər istisna deyil. Planlarınıza köklü dəyişiklikləri qaçılmaz edən xəbər alacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Xərçəng - məqsədə doğru aparan yolda çətinliklər yaransa da, fəaliyyət intensivliyini azaltmayın. Əzmkarlıq nümayiş etdirməklə yanaşı, intuisiyanızın səsini dinləyin. Məhz belə olarsa, lazımı zamanda lazımi yerdə ola bilərsiniz.

Gəlirlər az olsa da, məbləğ dadınıza çatacaq.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Yeni başlayan münasibətlərdə romantikaya yer verməyin. Alış-veriş zamanı zövqünüz sizi aldatmasın.

Şir - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Rəqibləriniz belə, uğurlarınıza paxıllıq edəcəklər. Onlar sizə mane olmağa çalışacaqlar. Sayıq olun, diqqətli davranın. İşgüzar danışıqlar və mühüm görüşlərdə qətiyyətli, iradəli olun.
Çalışdığınız, sövdələşdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın.

Günün ikinci yarısında yeni romantik macəra ola bilər. Yeni münasibətlər sizi sevindirsə də, uzun müddət davam etməyəcək.

Yaşlı qohumlarla fikir ayrılıqları, pul məsələsinə görə mübahisələr istisna deyil.

Alış-verişdə çox pul xərcləməyin.

Qız - çatışmazlıqlar və nöqsanlardan xali olmayan gündür. Peşəkar fəaliyyət sahəsində, maliyyə məsələlərində problemlər yarana bilər. Rəğbət bəslədiyiniz insanla münaqişə etməyin. Mənfi təmayüllərin təsiri çox davam etməyəcək.

Günün ikinci yarısında başqalarının göstəriş və məsləhətlərinə qulaq asmayın. Öz planınız çərçivəsində hərəkət edin. Belədə uğur qazana bilərsiniz.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Hətta ən ciddi və ağır işlər də sizi yorğun salmayacaq. Qüvvəniz tükənməyəcək. Fiziki iş, idman üçün əlverişli zamandır.

Axşam saatlarında effektiv profilaktiki prosedurları həyata keçirə bilərsiniz.

Tərəzi - mürəkkəb, qarışıq gündür. İstənilən formada intriqalardan uzaq olun, aşkar fəaliyyət göstərin. Əks təqdirdə bədxahlar sizi tələyə sala bilərlər.

Şübhəli, etibar etmədiyiniz insanlarla təmaslar zərərdən başqa heç nə vəd etmir. Anlaşmalar və ya sövdələşmələrin yaxşı perspektivi yoxdur.

Tələsik əldə edilmiş razılaşmalar gözləntiləri doğrultmayacaq.

İş yerini dəyişmək məsləhət olmasa da, müəyyən ilkin müzakirələr və ya danışıqlar aparmaq olar.

Şəxsi münasibətlər baxımından əlverişli gündür. Qeyri-adi romantik görüş reallaşa bilər. Sevdiyiniz insana xoş dəqiqələr bəxş etmək üçün təxəyyülünüzü işə salın.

Əqrəb - günün ilk yarısında işlərdə problemlər yaranmayacaq. Situasiya gözlədiyinizdən də yaxşıdır. Yeni işlərə başlamaq, yarımçıq işləri bitirmək olar. Ən müşkül məsələnin həllində uğur əldə edəcəksiniz.

İşgüzar danışıqlar üçün əlverişli zamandır. İndiyədək ciddi saymadığınız, amma əslində önəmli olan layihələri müzakirə etmək olar.

Günün ikinci yarısı xoş hisslər vəd edir. İntuisiya sizə yaxınlarınızla münasibətlərdə problemlər yarada biləcək səhvlərə yol verməməyə kömək edəcək.

Axşam saatlarını evdən kənarda keçirin.

Oxatan - günün zahiri sadəliyi və proseslərin psevdobəsitliyi sizi aldatmasın. Yaşanan olayların gerçək məzmununu anlamaq üçün baş sındırmalı olacaqsınız. Dürüst qərarları tapmaq da asan deyil. Halbuki dostlar, qohumlar və tanışlar bunun əksini deyirlər.

Günün ikinci yarısında aldığınız məsləhətlərə və göstərişlərə kor-koranə riayət etmək olmaz. Müstəqil davranın, qərarları özünüz verin.

Alış-verişdə çox pul xərcləməyin. Yaxınlarınız və ya dəyər verdiyiniz insanlara hədiyyələr almaq olar.

Axşam saatlarında gəzinti yuxusuzluğun ən yaxşı dərmanıdır.

Oğlaq - karyeranızın inkişafının müəyyən dərəcədə asılı olduğu insanla münasibətlərdə günün ilk yarısında problemlər yarana bilər. Onunla anlaşılmazlıqlar və ixtilaflardan qaçmağa çalışsanız da, rahat və xoş ünsiyyət alınmayacaq. Üstəlik, əvvəllər yol verdiyiniz səhvlərin bir daha xatırlanması əhvalınızı yaxşılaşdırmayacaq.

Günün ikinci yarısında işlərin məcrasında getməsini istəyirsinizsə, aktiv çalışın. Yaxın ətrafınızda sizə yardım edəcək insan yoxdur.

Mühüm saydığınız layihəyə pul yatırmağa razı insanı tapa bilərsiniz.

Dolça - günün ilk yarısındakı bəzi çətinliklərə rəğmən uğurlu gündür. Ən çətin vəziyyətlərdə nikbin olun, problemləri qətiyyətlə dəf edin. Bəzi problemlərin həllində sizə yardımçı olacaq insanlar tapa bilərsiniz. Onların yardımları tamamilə təmənnasız olacaq.

Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Gəlirlər təxminlənən məbləğdən də artıq ola bilər. Xoş təsadüflər dürüst davranış modelini seçməyə imkan verəcək. Bu, əsla çətin deyil.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız yaxşı olacaq.

Balıqlar - günün ilk yarısında öz istedadınızla yanaşı, başqalarının bacarıqlarından da yararlanaraq uğur qazana bilərsiniz. Sizinlə manipulyasiya etmək istəyənlərin toruna düşməyin. Həlim, amma hiyləgər olun. Sadəlövhlük etsəniz, uduza bilərsiniz.

Günün ikinci yarısında hisslərin əsirinə çevrilməyin, emosional davranmayın. Yeni münasibətlərə başlamaq məsləhət deyil. Belə təmaslar harmonik olmayacaq, xoş emosiyalar əvəzinə problemlər gətirəcək.

Axşam saatları neytraldır. Münaqişə və ya qalmaqal riski çox azdır. Sevdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan verməyin.

Milli.Az

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 4 Avqust 00:08270

    Sabahiniz xeyir xeyirli uqurlu olsun.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 4 Avqust 00:09250

    Xeyallarınızla gerçəklər arasında olan məsafələrdən qorxmayın. Əgər xəyal edirsinizse bacarıb heyata da kecirdə bilərsiniz.Xeyallariniz gercək olsun İnşəAllah.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 4 Avqust 00:34147

    Bir ehvalat yazacam burada adımla yazan məxluqa ibrət olaraq.Peyqəmbərimiz hər seher məcidə namaz qilmaqa gedende bir binanın qarşısından kecəndə bir qadin əlində zibil gətirib tökürmüş başına Peyqembər Əfəndimizdə yuxari baxib tebbessümlə Allah baqışlasın deyirmiş.Bu hal hər gün tekrarlanır Bir gün peyqember kecende görür hec nə atmadılar yuxaridan,seheri yenə görür atmadilar.Narahat olur gəlib maraqlanir həmən qadını deyirler qadin balkondan yixilib qolu qici şikest olub.Peyqember ünvanı götürüb gedir həmən qadına deyir qadin utandiğindan ölüb yerə girir yalvarir ki məni baqişla.Peyqember deyir Seni Allah baqişlayacaq mən hər seher kecende dua edirdim Allah baqişlasın dedim.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 4 Avqust 00:385315

    İndi məndə bir gün adimla yazilan şerh görmeyib narahat olacam arasdiracam ki,Adimla yazan vicdansiz adimla serh yazmaq isteyende telefonunun zaryatkasi qurtarib toka taxmak jsteyende qısaqapanma olub tok vurub həmən adami bədəninin 99 % i yanıb xestexanadadı.Tebii ki mən peyqemberimizin atilan dirnaqi olmaram ki,deyim Allah baqişlasin her defe qarqiş ah nalə etmişəm.tebbessüm yox.Xestexanaya yanina getsem xırıltılı sesnen eybecer sarqili yanmış sifetnen imdad diləyəcək.İnşəAllah.

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0350

    Sizcə bu saytin ən səviyyəli, ən gözəl, şərh yazanlari kimlərdir? )Xahiş Likeyə vurmaği unutmayin.

    Cavab yaz
    • Anonim
      Vəkil · 4 Avqust 17:1233

      Əlbəttə Esra.Aqıllı,tərbiyəli,oxumuş, savadlı,hər tərəfli,elmli,helmli,Mənə görə Esra.

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 4 Avqust 21:2723

        Cox sağ olun var olun,elə mənə göre də özümem;)

        Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:04117

    Esra İbrahimli Şamaxi, Like və ya Dislike.

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0562

    Aylam Like və ya Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:05102

    Nurlana Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0693

    Mələk b Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:06134

    Ebru Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0671

    **** Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:07102

    Göy~Gözlü Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0742

    Eugenia Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0762

    Madam_Madmazel Iike Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0861

    Səadət Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0853

    Mehriban Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:0931

    Da ili Net Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:1035

    Ciki ♡ Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:1041

    123123 Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:1184

    Ağsaqqal Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:1171

    Harinpaşa Like Dislike

    Cavab yaz
  • Anonim
    Like Dislike · 4 Avqust 10:1190

    Asi Like Dislike

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.