Cəmiyyət

Əlillərin əl işlərinin sərgisi - VİDEO

1 İyul 2021 14:52
0 Şərh     Baxış: 740
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sərgidə əlilliyi olan şəxslərin əl işləri satışa çıxarılıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açıldı.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirildi.

4 saylı Bakı DOST mərkəzində yerləşən İnklüziv İncəsənət Məktəbində təşkil olunan tədbirdə əlilliyi olan şəxslərin müxtəlif sahələr üzrə əl işləri satışa çıxarıldı.

Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli bildirdi ki, bu cür satış-sərgilərinin keçirilməsində məqsəd əlliliyi olan şəxslərin bilik və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına dəstək olmaqdır.

İyulun 2-dək davam edəcək satış-sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş etdiriləcək.

Qeyd edək ki, Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbi Azərbaycan Respublikasının Birinci prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan "Əlilliyi olan qadınların" və "Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" çərçivəsində yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.