Cəmiyyət

“Delta” ştammının əlamətləri hansılardır?

30 İyun 2021 10:19
1 Şərh     Baxış: 12 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada sürətlə yayılan "Delta" ştammı indiyədək 85 ölkədə aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir.

Alimlər bu ştammda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər. Ştammın təsirini azaltmağın əsas yolu isə vaksinasiyadır.

Hindistanda ortaya çıxan "Delta" ştammının simptomlarının test və izolyasiya tədbirlərdən kənarda qalmağa səbəb olduğu bildirilir. Bu mutasiyanın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu barədə məlumatlar var.

Qeyd olunur ki, bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır. Bu, indiyədək yayılan ən təsirli mutasiyadır.

Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.

"Delta" ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.

"Delta plus"a gəlincə, bu ştamm da "Delta" ilə bənzərlik təşkil edir. Ancaq ona nəzərən yoluxma qabiliyyəti daha yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.