Cəmiyyət

Havanın temperaturu 4-5 dərəcə enəcək - VİDEO

28 İyun 2021 10:48
0 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ki, ölkədə iyun ayına xas olmayan isti hava şəraiti hökm sürür.

Milli.Az bildirir ki, bu gün günorta saatlarında Bakıda və bəzi bölgələrdə 42 dərəcə isti olub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günorta saatlarında Bakıda, Abşeron yarımadasında, bəzi Aran rayonlarında və Naxçıvanda 42 dərəcə isti olub.

Bir neçə gündür ki, ölkə ərazisində müşahidə olunan bu cür günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək.

İyul ayının ilk günlərində də paytaxtda hava şəraiti yağmursuz olacaq.

İyulun əvəllərində bölgələrdə havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq.

Milli.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.