Cəmiyyət

Daha bir ölkədə “Delta” ştammı yayıldı

26 İyun 2021 17:52
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun ilk olaraq Hindistanda aşkarlanan yeni növü "Delta" Koreya Respublikasında da yayılmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə KBS telekanalı ölkənin səhiyyə orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, keçən həftə Cənubi Koreyada koronavirusun bu variantına 190 yoluxma halı aşkarlanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı onu SARS-CoV-2 koronavirusundan iki dəfə çox yoluxucu hesab edir.

Bu baxımdan Cənubi Koreya səlahiyyətliləri ölkəyə iyul ayında 10 milyon, avqust və sentyabr aylarında isə 70 milyon doza peyvəndin daxil olmasının gözlənildiyini nəzərə alaraq əhalinin peyvəndləmə prosesini sürətləndirmək imkanlarını nəzərdən keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.