Cəmiyyət

Bakıda beş qadını avtomobil vurub

26 İyun 2021 08:53
Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələr Suraxanı, Nəsimi, Səbail, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1963-cü il təvəllüdlü Nəzərova Rasimə Abbas qızını, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 1996-ci il təvəllüdlü Bəhrəmova Aygül İlham qızını, İstiqlaliyyət küçəsində 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını, Biləcəri qəsəbəsində isə yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Yadigarova Nigar Musa qızını və Abbas Mirzə Şərifzadə küçəsində isə 2001-ci il təvəllüdlü Tağıyeva Gülnar Arif qızını minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, piyada vurulması ilə nəticələnən avtoqəzalar sutkanın qaranlıq vaxtında baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.