Cəmiyyət

Peyvənd olunanların sayı açıqlandı

25 İyun 2021 16:44
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 329 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 218 651, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 070 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 148 125 təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.