Cəmiyyət

Şirkətin 15 min manatını mənimsəyən satış təmsilçisinə cinayət işi açıldı

24 İyun 2021 16:28
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bolluq LTD" MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 01-dən 2021-ci il aprelin 19-dək olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.