Cəmiyyət

Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi

22 İyun 2021 12:01
Baxış: 796

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar üçüncü oxunuşda təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.