Cəmiyyət

Sistem vurulandan sonra vəziyyəti pisləşdi, vəfat etdi

18 İyun 2021 17:56
Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili Qoşunların xidmətdən tərxis olunmuş hərbçisi, baş leytenant Namiq Hümbətov ötən gün Bakıda xəstəxanada vəfat edib.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo" ya mərhumun dayısı məlumat verib.

O bildirib ki, 31 yaşlı N. Hümbətov müharibədən qabaq səhhətində yaranan problemlə bağlı Daxili Qoşunlardan tərxis edilib: "Namiq qaraciyər serrozundan əziyyət çəkirdi. Müalicə olunmaq məqsədilə Türkiyəyə də göndərilmişdi. Bir müddət səhhətində irəliləyiş müşahidə edilib. İki gün əvvəl isə səhhəti pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ona sistem köçürülüb. Sistemdən sonra vəziyyəti daha da pisləşdiyindən Bakıda Topçubaşov adına xəstəxanaya aparıldı. Ötən gün xəstəxanada dünyasını dəyişdi. Bu gün onu səhər saatlarında anadan doğulduğu Biləsuvar rayonu Çaylı kəndində torpağa tapşırdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.