Cəmiyyət

Ölkə ərazisindəki yanğınların səbəbi açıqlandı - FOTO

17 İyun 2021 22:21
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən, quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir.

Bu barədəFHN-dən məlumat verilib.

Bildirilib ki, şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən, bir ədəd helikopteri cəlb olunub:

"İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur.

Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.